27 Yanvar 2015 23:54
990
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan Ağdamın “Qarabağ” komandası yanvarın 27-də hazırlıq prosesi çərçivəsində növbəti yoxlama oyununu keçirib.

Teleqraf.com xəbər verir ki, Ağdam təmsilçisi Polşa çempionu “Legiya” komandası ilə qarşılaşıb. Oyun “Qarabağ”ın 2:0 hesablı inamlı qələbəsi ilə başa çatıb. Komandamızın heyətində Reynaldo və Cavid Tağıyev fərqləniblər.

“Qarabağ” bundan əvvəlki yoxlama görüşlərində Xorvatiyanın “Split” (1:3) və Bolqarıstanın “Levski” (0:3) klublarına məğlub olmuşdu. İsveçrə “Sürix” komandası ilə isə bərabərə (1:1) qalmışdı. “Qarabağ” klubunun Antalyadakı növbəti rəqibi Rusiya təmsilçisi “Mordoviya” olacaq.


Müəllif:

Oxşar xəbərlər