Qadın futbolçulardan ibarət Azərbaycan millisinin səfərdə Macarıstan yığmasına qarşı keçirəcəyi Avropa çempionatının seçmə mərhələ oyununun təyinatları bəlli olub.
Teleqraf.com UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, matç İngiltərədən olan hakimlərə tapşırılıb.
Referi Kirsti Doula yan xətt hakimləri Sofi Denninqton və Rubi Saykes yardımçı olacaqlar. Dördüncü hakim funksiyasını Emil Heaslip yerinə yetirəcək.
Qeyd edək ki, B Liqasının I qrupundakı oyun aprelin 5-də, Bakı vaxtı ilə saat 19:45-də start götürəcək.