Avropanın ən dəyərli klublarının adları açıqlanıb.
Teleqraf.com xəbər verir ki, “Transfermarkt”ın tərtib etdiyi siyahıya “Mançester Siti” başçılıq edir.
“Şəhərlilər”in dəyəri 1,2 milyard avrodur. Onları “Arsenal” və “Real” izləyir.
İlk “10-luğ”a İtaliyanın heç bir klubu daxil edilməyib. Milan “İnter”i bu reytinqdə 622 milyon avro dəyərində 13-cüdür.
Avropanın ən bahalı 10 klubu:
1. “Mançester Siti” (İngiltərə) – 1,2 milyard avro.
2. “Arsenal” (İngiltərə) - 1,12 milyard avro.
3. “Real” (İspaniya) - 1,04 milyard avro.
4. PSJ (Fransa) - 1,02 milyard avro.
5. “Bavariya” (Almaniya) – 929 milyon avro.
6. "Çelsi" (İngiltərə) - 928 milyon avro.
7. "Liverpul" (İngiltərə) - 921 milyon avro.
8. “Barselona” (İspaniya) - 840 milyon avro.
9. “Tottenhem” (İngiltərə) – 777 milyon avro.
10. “Mançester Yunayted” (İngiltərə) – 734 milyon avro.