29 Yanvar 2015 10:11
701
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Çelsi"nin baş məşqçisi Joze Mourinyo həmyerlisi Luiş Fiqunun FİFA prezidentliyinə namizədliyini irəli sürməsinə münasibət bildirib.

Teleqraf.com xarici mətbuata istinadən yaydığı xəbərə görə, portuqaliyalı mütəxəssis L.Fiqunu dəstəklədiyini deyib:

"Luiş Fiqunun namizədliyini irəli sürməsi mühüm addımdır. O, FİFA üçün daha yaxşı gələcək təmin edə bilər. Fiqunun yaxşı işlər görəcəyinə inanıram. Düşünürəm ki, o, prezident seçiləcəyi təqdirdə, diqqətini ancaq futbola yönəldəcək və yerli federasiyalarla yaxşı münasibətdə olacaq".

Rüstəm


Müəllif:

Oxşar xəbərlər