8 Aprel 16:16
802
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, "Qarabağ"ın braziliyalı legioneri Juninyo dönər yeyərkən görüntülənib.

Məsələ futbol ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayıb.

Teleqraf.com xəbərinə görə, “Qarabağ” klubunun diyetoloqu İlqar Şamilov Azərtac-a açıqlamasında bildirib ki, burada böyük bir qəbahət yoxdur.

"Bu video böyük ajiotaj doğurdu. Lakin məsələyə iki fərqli baxış bucağından nəzər sala bilərik. Birincisi, o da bizim kimi insandır. O, dönəri təbii ki, istirahət zamanı yeyib. Hər bir futbolçu, hər bir insan istirahət zamanlarında kənaraçıxmalar edərək öz metabolizmlərini sürətləndirə bilər. Qeyd etdiyimiz dönər məhsulunun qoyulduğu lavaş karbohidratdır. Tərkibindəki ət zülal, ora əlavə olunmuş tərəvəzlər isə vitamin və mineraldır. Digər tərəfdən isə peşəkar futbolçu öz sağlamlığı və bədəninin formasını qorumaq üçün qidasına fikir verməlidir, hətta buna məcburdur. Biz həmişə futbolçuların bədən kompozisiyalarını və çəkilərini yoxlayırıq, nəticəni baş məşqçiyə təqdim edirik. Juninyo seçilən futbolçulardandır. Çünki onun fiziki göstəriciləri stabil olaraq qalır və ya artmağa doğru gedir", - o deyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər