14 May 2014 14:46
826
12 Punto 14 Punto 16 Punto 18 Punto

Portuqaliya millisinin baş məşqçisi Paulo Bento Braziliyada keçiriləcək dünya çempionatı üçün genişləndirilmiş heyəti açıqlayıb.


Publika.az xəbər verir ki, 30 nəfərlik heyətdə bu futbolçular yer alıb:

Qapıçılar: Antoni Lopeş (Olimpik L), Beto (Sevilya), Eduardu (Braqa), Ruy Patrisiu (Sportinq).

Müdafiəçilər: Andre Almeyda (Benfika), Antunes (Malaqa), Bruno Alveş (Fənərbaxça), Fabio Koentrao, Pepe (hər ikisi “Real”), Xuan Pereyra, Rikardo Kosta (hər ikisi “Valensiya”), Neto (Zenit), Rolando (İnter).

Yarımmüdafiəçilər: Andre Qomis (Benfika), Joau Mariu (Vitoriya), Joa Moutinyo (Monako), Miqel Velozu (Dinamo K), Raul Meyreleş (Fənərbaxça), Ruben Amorim (Benfika), Vilyam Karvalyo (Sportinq).

Hücumçular: Kriştianu Ronaldo (Real), Eder, Rafa (hər ikisi "Braqa"), Helder Poştiqa (Latsio), Uqo Almeyda (Beşiktaş), İvan Kavalyero (Benfika), Nani (Mançester Yunayted), Rikardo Kuarejma, Varela (hər ikisi "Portu"), Vieyrinyo ("Volfsburq").


Müəllif: