UEFA Çempionlar Liqasının finalında İspaniyanın “Real Madrid” və Almaniyanın “Borussiya” komandaları üz-üzə gəlib.
Teleqraf.com xəbər verir ki, görüş 2:0 hesabı ilə Madrid təmsilçisinin xeyrinə başa çatıb.
Londondakı “Uembli” stadionunda keçirilən görüşdə qolları 74-cü dəqiqədə Daniel Karvaxal, 83-cü dəqiqədə Vinisius Junior vurub.
Matçın baş hakimi sloveniyalı Slavko Vinçiç idi.