Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Qızıl Avropa Liqasında son oyununu keçirib.
Teleqraf.com xəbər verir ki, Faiq Qarayevin baş məşqçisi olduğu yığma Bakıda Avstriya ilə üz-üzə gəlib.
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində gerçəkləşən qarşılaşma komandamızın məğlubiyyəti ilə bitib - 2:3 (25:22, 25:19, 23:25, 16:25, 8:15).
Qeyd edək ki, yığma əvvəlki beş oyunda iki qələbə qazanmışdı.