San Marino yoldaşlıq görüşündə Cənubi Kiprlə üz-üzə gəlib.
Teleqraf.com xəbər verir ki, 5 qolun vurulduğu oyunda Cənubi Kipr 4-1 qalib gəlib.
Bu nəticədən sonra San-Marinonun 20 illik qələbəsizlik seriyası davam edib.
2004-cü il aprelin 28-də Lixtenşteyni 1:0 hesabı ilə məğlub edən San Marino o vaxtdan bəri 140 matçda qalib gəlməyib.