12 İyun 12:49
3 231
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qarabağ" sabiq futbolçusu Kadi Borgesin transferi üçün Rusiyanın "Krasnodar" klubuna təklif göndərib.

Teleqraf.com xəbər verir ki, bu barədə yarımmüdafiəçinin agenti Helsio Alisk "RB Sport"a açıqlama verib.

O, Azərbaycan çempionunun oyunçu üçün təklif göndərdiyini təsdiqləyib: "Qarabağ" həqiqətən Kadi üçün təklif göndərib. Amma bundan artıq heç nə deyə bilmərəm. Biz "Krasnodar"ın qərarını gözləyirik".

Qeyd edək ki, Kadi Borges 2021-ci ilin yayından 2023-cü ilədək “Qarabağ”ın formasını geyinib. O, son mövsüm Rusiyadakı bütün turnirlərdə 33 oyun keçirib, 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər