"Beşiktaş" klubu ilk transferini həyata keçirib.
Teleqraf.com xəbər verir ki, ilk transfer dünən axşam İstanbula gəlib.
"Beşiktaş"ın baş məşqçi Covanni van Bronkhorstun israrla komandasında görmək istədiyi braziliyalı müdafiəçi Qabriel Paulistadır. “Atletiko Madrid”lə müqaviləsi başa çatan Paulista ilə “qara-ağlar” razılığa gəlib. Futbolçu ilə 2+1 illik müqavilə bağlanıb.
Paulista "Beşiktaş"dan illik 2,6 milyon avro ilə 3 milyon avro arasında maaş alacaq.