4 Fevral 2015 02:46
636
12 Punto 14 Punto 16 Punto 18 Punto

AFFA İntizam Komitəsi iki futbolçunu hakimi təhqir etdiyinə görə cəzalandırıb.

AFFA-dan Teleqraf.com-a verilən məlumata görə, hər iki oyunçu 4 oyunluq cəza alıb:

U-16 Liqasının “Qarabağ” - AZAL matçının 71-ci dəqiqəsində AZAL klubunun futbolçusu Cavid Allahverdiyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır.

Futzal üzrə Azərbaycan birinciliyinin Neftçi-2” – “Baku Fire” matçının 15-ci dəqiqəsində "Neftçi-2" klubunun futbolçusu Anar Məmmədov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır.


Müəllif: