İspaniya millisi Almaniya qanunlarını pozduğuna görə cəzalandırıla bilər.
Teleqraf.com xəbər verir ki, hazırda Almaniyada keçirilən AVRO-2024 çempionatında iştirak edən İspaniya milli futbol komandası yetkinlik yaşına çatmayan futbolçu Lamine Yamalaya görə cərimələnə bilər.
Belə ki, Almaniya qanunlarına görə, 18 yaşına çatmamış şəxslər saat 20:00-dan sonra işləyə bilməz, yetkinlik yaşına çatmayan idmançılar isə 23:00-dan gec oyunlarda iştirak edə bilməzlər. İspaniya millisi Yamalı müəyyən olunmuş vaxtdan sonra meydana çıxarsa, komanda azyaşlıların əməyi ilə bağlı Almaniya qanunlarını pozduğuna görə cərimələnə bilər.
Qeyd olunur ki, İspaniya komandası saat 23:00-a qədər Yamalı dəyişsə, qadağadan yan keçə bilər, lakin əlavə vaxt və ya penaltilər seriyasında bu mümkün olmayacaq.
Komanda İtaliya ilə saat 21:00-da başlayan oyunda bu qaydanı pozmağa yaxın olub. Amma Yamalı 71-ci dəqiqədə əvəzləyərək cərimədən yan keçib.
Ekspertlərin sözlərinə görə, komanda sadəcə olaraq 30 min avroya qədər cərimələnə bilər. Lakin çempionat naminə Almaniya hakimiyyəti belə pozuntuya göz yuma biləcəyi düşünlür.