Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında İspaniya və Almaniya yığmaları arasında 1/4 final oyununun (2:1) ən yaxşı futbolçusu bəlli olub.
Teleqraf.com xəbər verir ki, pireneylilərin yarımmüdafiəçisi Dani Olmo görüşün ən yaxşı oyunçusu adına layiq görülüb.
26 yaşlı futbolçu matç ərzində 1 qol, 1 assistlə yadda qalıb.