Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün iki yoxlama oyunu keçirəcək.
Teleqraf.com xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv ilk matçında Almaniyanın "Kayzerslautern" komandası ilə üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 14:30-da start götürəcək.
"Köhlən atlar" ikinci görüşdə Çexiyanın "Viktoriya" (Plzen) klubunu sınağa çəkəcək. Bu oyun saat 20:00-da başlayacaq.
"Qarabağ"ın Tirolda 4 yoldaşlıq oyunu keçirməsi nəzərdə tutulub. Sonrakı rəqiblər hələlik bəlli deyil.