FİFA ötən mövsüm Ukraynanın "Şaxtyor"u ilə müqaviləsini pozduqdan sonra Türkiyənin "Qalatasaray" klubuna keçən Tete ilə bağlı qərar qəbul edib.
Teleqraf.com xəbər verir ki, FİFA Tetenin keçmiş klubu ilə "müqaviləni ədalətsiz şəkildə pozduğu" üçün "Qalatasaray"ın 2,5 milyon avro cərimə ödəməsinə qərar verib.
Qeyd edək ki, Braziliyalı futbolçu Tete Ukraynadakı müharibəni əsas gətirərək Donetsk "Şaxtyor"u ilə müqaviləsini təktərəfli dayandırıb. "Şaxtyor"da öz növbəsində futboçunu heyətinə cəlb edən "Qalatasaray"dan FİFA-ya şikayət edib.