5 Fevral 2015 14:22
958
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında 21 yaşadək futbolçulardan ibarət komandalar arasında 2017-ci ildə təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçirilib.

Teleqraf.com-un AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, püşkün nəticəsinə əsasən, müvafiq yaş qrupuna aid Azərbaycan millisi Avropa çempionatının final mərhələsinə vəsiqə uğrunda 7-ci qrupda mübarizə aparacaq.

Millimizin rəqibləri Almaniya, Rusiya, Avstriya, Finlandiya və Farer adaları komandaları olacaq.


Müəllif: