17 İyul 15:14
589
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyanın “Nürnberq” klubunun idman direktoru Joti Xatsialeksiu Azərbaycan millisinin və Xorvatiyanın “Dinamo” (Zaqreb) komandasının futbolçusu Mahir Emreli ilə danışıqlar apardıqlarını təsdiqləyib.

Teleqraf.com xəbər verir ki, II Bundesliqa təmsilçisinin rəsmisi Almaniya mətbuatına açıqlamasında 27 yaşlı hücumçunun xidmətində maraqlı olduqlarını bildirib.

Onun sözlərinə görə, M.Emrelidə hücumçu üçün lazım olan bütün keyfiyyətlər var: “Onun yaxşı məhsuldarlığı var və topla əla rəftar edir. Futbolçu ilə söhbətimiz zamanı xeyli müsbət siqnallar aldıq”.

Artıq “Nürnberq”in bazasında olan forvardla 2 gündən sonra rəsmi müqavilə imzalanacaq. Almaniya klubunun bu transfer üçün “Dinamo”ya təzminat ödəyəcəyi bildirilib.

Qeyd edək ki, Mahir Emrelinin Zaqreb təmsilçisi ilə 2026-cı ilin yayınadək müqaviləsi var.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər