18 İyul 16:07
418
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qarabağ"ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində səfərdə “Linkoln”ə (Cəbəllütariq) qarşı keçirəcəyi oyununun hakim təyinatı açıqlanıb.

Teleqraf.comUEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmanı macarıstanlı baş hakim İştvan Vad idarə edəcək.

Vencel Tot və İştvan Albert köməkçi hakim funksiyasını yerinə yetirəcəklər.

Bence Şonka isə dördüncü hakim kimi fəaliyyət göstərəcək.

Qeyd edək ki, "Linkoln" - "Qarabağ" oyunu iyulun 23-ü Cəbəllütariqdəki “Europa Point Stadium”da baş tutacaq. Qaşrılaşmanın start fiti sat 20:00-da səslənəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər