AFFA-nın Oyun Əməliyyatları şöbəsinin rəisi Emin Cəfərov UEFA tərəfindən təyinat alıb.
Teleqraf.com xəbər verir ki, bunu milli assosiasiyanın mətbuat xidməti açıqlayıb.
O, Konfrans Liqasının II təsnifat mərhələsinin “Maribor” (Sloveniya) – “Universitatya Krayova” (Rumıniya) oyununun UEFA nümayəndəsi olacaq. Maribor şəhərində yerləşən “Lyudski” stadionunda keçiriləcək görüş iyulun 25-də baş tutacaq.
Qeyd edək ki, “Maribor” – “Universitatya Krayova” matçını danimarkalı baş hakim Mads Kristoffersen idarə edəcək.