Azərbaycanın 18 yaşadək qızlardan ibarət basketbol millisi Avropa çempionatının C divizionunda növbəti oyununu keçirib.
Teleqraf.com xəbər verir ki, Evren Alkayanın rəhbərlik etdiyi komanda Kosovonun paytaxtı Priştinada təşkil olunan yarışın yarımfinal mərhələsində Kipr seçməsi ilə üz-üzə gəlib.
Qarşılaşma yığmamızın qələbəsi ilə yekunlaşıb - 66:49.
Beləliklə, Azərbaycan millisi finala vəsiqə qazanıb.