28 İyul 08:22
524
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın daha üç idmançısı Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında bu gün mübarizəyə start verəcək.

Teleqraf.com xəbər verir ki, ilk olaraq cüdoçular tatami üzərinə çıxacaqlar.

Yaşar Nəcəfov (66 kq) Straxinya Bunçiçlə (Serbiya), Gültac Məmmədəliyeva (52 kq) isə Anjelika Delqado (ABŞ) ilə üz-üzə gələcək. Hər iki idmançımız mübarizəyə 1/16 finaldan başlayacaq.

Boksçuların mübarizəsində Azərbaycan təmsilçisi Alfonso Dominqes (92 kq) Xulio Sesar la Krusla (Kuba) qarşılaşacaq. İdmançımız yarışa 1/8 finaldan qoşulacaq.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər