Bu gün Azərbaycanın daha iki təmsilçisi UEFA Konfrans Liqasının II təsnifat mərhələsində cavab oyununa çıxacaq.
Teleqraf.com xəbər verir ki, "Sabah" İsrailin "Makkabi" (Hayfa) klubunu qəbul edəcək.
"Bank Respublika Arena"dakı qarşılaşma saat 20:00-da start götürəcək. Görüşün baş hakimi slovakiyalı Peter Kraloviç olacaq. Macarıstandakı ilk matçda "Sabah" rəqibini üç cavabsız qolla üstələyib.
"Zirə" isə Slovakiyada "DAK 1904" ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. Matçı Şimali Makedoniyadan olan Yovan Kaçevski idarə edəcək. Doğma meydandakı ilk dueldə Azərbaycan klubu 4:0 hesablı qələbəyə sevinib.
Qeyd edək ki, "Sumqayıt" II təsnifat mərhələsində mübarizəni dayandırıb. "Gənclik şəhəri" təmsilçisi iki görüşün nəticəsinə əsasən Macarıstanın "Fehervar" klubuna məğlub olub - 1:2, 0:0.