2 Avqust 01:23
797
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransada keçirilən Yay Olimpiya Oyunlarında pnevmatik tapança ilə atəşaçma yarışının finalına yüksələrək gümüş medal qazanan Türkiyəli idmançı Yusif Dikeçi eynəksiz, qulaqcıqsız və əli cibində yarışlara qatılmasının səbəbini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, 51 yaşlı türkiyəli idmançı "Radyo Gol" saytına mövzu ilə bağlı açıqlamasında bildirib ki, hər iki gözü ilə hədəfi nişan ala bilir.

"Mən hər iki gözlə hədəfi nişan alıram. Əksər atıcılar bunu bir gözlə edir. İki gözlə hədəfə baxmaq mənə daha rahatdır. Ona görə də avadanlığa ehtiyacım yox idi", - deyə o bildirib.

Yusif Dikeçi əli cibində atəş açmasını isə belə izah edib:

"Bunun artistliklə heç bir əlaqəsi yoxdur. Bu zaman daha inamlı oluram. Bu, həm də bədənin tarazlığını təmin etmək və diqqəti cəmləşdirmək üçündür", - deyə Yusif Dikeçi qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər