4 Avqust 20:17
356
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paris-2024 Olimpiadasında tennis üzrə kişilərin fərdi yarışlarında final matçı keçirilib.

Teleqraf.com xəbər verir ki, həlledici matçda serbiyalı məşhur tennisçi Novak Cokoviç ispaniyalı Karlos Alkarasla üz-üzə gəlib.

Cokoviç rəqibini hər iki setdə 7:6 hesabı ilə məğlub edərək olimpiya çempionu olub.

Qeyd edək ki, Novak “Böyük Dəbilqə” yarışlarında qələbə sayına görə rekordçudur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər