Azərbaycanın yunan-Roma güləşçisi Murad Məmmədov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
Teleqraf.com xəbər verir ki, 60 kq çəki dərəcəsində çıxış edən idmançımız Venesueladan olan Rayber Joze Rodriges Orosko ilə qarşılaşıb.
Murad Məmmədov rəqibinə məğlub olub.
17:36
Paris-2024 Yay Olimpiya Oyunları davam edir.
Bu gün güləş yarışlarına start veriləcək.
İlk gündə yunan-Roma güləşçiləri xalçaya çıxacaq. Azərbaycan millisinin iki pəhləvanı da Olimpiadada mübarizəyə başlayacaq. Qarşılaşmalara Bakı vaxtı ilə saat 17:00-da start veriləcək.
Yunan-Roma güləşi
60 kq
Murad Məmmədov 1/8 final görüşünə çıxacaq. O, Venesuela təmsilçisi Rayber Xose Rodriges Orozko ilə qarşılaşacaq.
130 kq
Sabah Şəriəti də mübarizəyə 1/8 finaldan başlayıb. Pəhləvanımız estoniyalı Heiki Nabi ilə üz-üzə gəlib. Görüş 1:1 hesabı ilə yekunlaşsa da, Şəriəti sonuncu xal prinsipinə əsasən mərhələ adlayıb.
Qeyd edək ki, Azərbaycan yunan-Roma güləşi yığması Paris-2024-də 5 idmançı ilə təmsil olunur.