Azərbaycanın yunan-Roma güləşçisi Sabah Şəriəti Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında 1/4 final görüşünə çıxıb.
Teleqraf.com xəbər verir ki, 130 kq çəki dərəcəsində çıxış edən idmançımız Kubalı Mixain Lopes Nunyeslə qarşılaşıb.
Mixail Lopes 4:1 hesabı ilə Sabah Səriətini məğlub edib. Güləşçimiz avqustun 6-da bürünc medal uğrunda güləşəcək.
Qeyd edək ki, Azərbaycan yunan-Roma güləşi yığması Paris-2024-də 5 idmançı ilə təmsil olunur.