6 Avqust 21:53
754
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikalı yüngül atletika məşqçisi Ran Rader cinsi təcavüz iddialarına görə olimpiadadan uzaqlaşdırılıb.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə "X" sosial şəbəkəsində məlumat yayılıb.

Yayılan məlumatda deyilir ki, "Athletics Canada" ilə müzakirələr zamanı onun akkreditasiyasının ləğv edilməsi qərara alınıb.

Məsələ ilə bağlı ABŞ Atletika Federasiyası bildirib ki, Amerikanın Florida ştatından olan üç idmançı bu yaxınlarda Raderin onlara təcavüz etmək istəməsi ilə bağlı şikayət ediblər.

Qeyd edək ki, Ran Rader kanadalı idmançı Andre De Qrasse və italyan Marsel Ceykobsun şəxsi məşqçisidir.



Müəllif: Arzu

Oxşar xəbərlər