8 Avqust 00:12
501
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan taekvondoçusu Qaşım Maqomedov Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarının gümüş medalını qazanıb.

Teleqraf.com xəbər verir ki, 58 kq çəki dərəcəsində yer alan idmançı finalda Cənubi Koreya təmsilçisi Park Taejoonla qarşılaşıb.

Rəqibinə məğlub olan Maqomedov fəxri kürsünün ikinci pilləsinə yüksəksəlib.

Taekvondoçumuz ilk hissəni geridə tamamlayıb - 0:9. İkinci hissəni isə sona qədər davam etdirə bilməyib.

Q.Maqomedov görüş zamanı ayağından ziddi zədə alıb. Ayağını yer basmaqda çətinlik çəkən idmançımız qarşılaşmanı yarımçıq dayandırıb.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq. İndiyədək Cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Boksçu Alfonso Dominqes (92 kq) finala yüksəlməklə ən azı gümüş mükafatı təmin edib.

***

Bu gün Paris-2024 Yay Olimpiya Oyunlarının taekvondo yarışlarına start verilib.

Teleqraf.com xəbər verir ki, Azərbaycan millisinin yeganə təmsilçisi Qaşım Maqomedov da mübarizəyə qoşulub.

İdmançımız 58 kq çəkidə qüvvəsini sınayır. O, Olimpiadalarda debütünü gerçəkləşdirir.

Qaşım Maqomedov ilk döyüşünü 1/8 finalda keçirib. Cek Uolleylə (İrlandiya) qarşılaşan taekvondoçumuz rəqibini 2:0 hesabı ilə məğlub edib və mərhələ adlayıb. Maqomedov ikinci döyüşündə ispaniyalı Adrian Visente ilə üz-üzə gəlib. Taekvondoçumuz yenə də dayanqdan qalib ayrılıb. O, rəqibini 2:0 hesabı ilə məğlub edərək yarımfinalda iştirak hüququ qazanıb. O, finala gedən yolda Vito Dell Akvila (İtaliya) ilə gücünü yoxlayıb. Olimpiya çempionu ilə qarşılaşma Qaşım üçün uğurlu olunub. Yığma üzvü bu görüşdə də rəqibə gücünü göstərərək 2:0 hesabı ilə qalib gəlib və finala vəsiqə qazanıb. O, çempionluq uğrunda cənubi koreyalı Park Tae-Junla qarşılaşacaq.

Qeyd edək ki, Qaşım Avropa çempionatlarının qızıl və bürünc mükafatçısıdır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər