7 Avqust 20:28
337
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıya olimpiya çempionu kimi qayıtmaq istəyirəm.

Teleqraf.com xəbər verir ki, bunu Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında finala yüksələn Azərbaycan taekvondoçusu Qaşım Maqomedov deyib.

24 yaşlı idmançı bu günün onun üçün çətin keçdiyini bildirib:

"Mənim üçün çətin gün idi. Finala yüsəldiyimə hələ də inana bilmirəm. Amma artıq bu həqiqətdir. Qarşıda məni çətin final görüşü gözləyir. İnşallah, həmin görüşdən də qələbə ilə ayrılacağam. Bakıya olimpiya çempionu kimi qayıtmaq istəyirəm. Hər şeyə görə Allahıma şükürlər olsun".

Qeyd edək ki, 58 kq çəki dərəcəsində mübarizə aparan Qaşım Maqomedov yarımfinalda italiyalı olimpiya çempionu Vito Dellakvilaya qalib gələrək həlledici mərhələyə vəsiqə qazanıb. O, finalda Cənubi Koreya taekvondoçusu Park Taejoonla üz-üzə gələcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər