8 Avqust 21:11
730
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çinli ağırlıqqaldıran Şifan Lu 3 Olimpiya rekorduna imza atıb.

Teleqraf.com xəbər verir ki, o, 59 kq çəki dərəcəsində bu uğura nail olub.

2023-cü dünya çempionu birdənqaldırmada 107, təkanlaqaldırmada isə 134 kq çəkini başı üzərinə qaldırıb. Hər iki nəticə Olimpiya Oyunlarında ilk dəfə qeydə alınıb. Cəmdə 241 kq çəkinin öhdəsindən gələb Şifan çempion tituluna sahib çıxıb.

Qeyd edək ki, kanadalı Mod Şarron (236 kq) gümüş, tayvanlı Ko Sinçun (235 kq) isə bürünc medal qazanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər