9 Avqust 00:06
326
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Olimpiya Komitəsi (BOK) Oyunlarda 3000 metr məsafəyə maneədən qaçış zamanı yıxılaraq huşunu itirən efiopiyalı yüngül atlet Lamehi Qirmanın vəziyyəti barədə məlumat yayıb.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə komitənin kommunikasiyalar üzrə direktoru Mark Adams danışıb.

Adams idmançının vəziyyətinin yaxşı olduğunu qeyd edib:

“Ümid edirik ki, o, tez sağalacaq. Heç kim belə halları görməyi sevməz”

Hadisə avqustun 7-də baş verib . İdmançı ayağı ilə maneəyə dəyib və yıxılıb, bundan sonra ayağa qalxıb yarışı başa vura bilməyib. Onu xərəkdə stadiondan çıxarıblar.

Girma məsafə üzrə dünya rekordunun hazırkı sahibidir. Onun nəticəsi 7 dəqiqə 52,11 saniyədir. İdmançı 2020-ci ildə Tokioda keçirilən Oyunlarda da gümüş medal qazanıb.


Müəllif: Arzu

Oxşar xəbərlər