Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında II turun görüşlərinə yekun vurulacaq.
Teleqraf.com xəbər verir ki, son oyun günü daha iki qarşılaşma keçiriləcək.
Əvvəlcə Tovuzda "Turan Tovuz" "Sumqayıt"ı sınağa çəkəcək. Qərb təmsilçisi Kurban Berdıyevin rəhbərliyi altında ilk qələbəsini qazanmağa çalışacaq.
Matçın start fiti saat 18:45-də çalınacaq.
Günün son görüşü isə Masazırdakı "Bank Respublika Arena"da baş tutacaq.
Burada ölkəmizi UEFA Konfrans Liqasında təmsil edən iki klub - "Sabah" və "Zirə" kollektivləri üz-üzə gələcək. Oyun saat 21:00-da başlayacaq.
Qeyd edək ki, turun əvvəlki matçlarında "Qarabağ" "Kəpəz"ə 3:0, "Araz Naxçıvan" isə "Şamaxı"ya 1:0 hesabı ilə qalib gəlib. "Səbail" - "Neftçi" görüşü isə heç-heçə ilə yekunlaşıb - 1:1.