18 Avqust 11:25
701
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Superliqasının ikinci turu çərçivəsində keçirilən “Göztəpə” – “Fənərbaxça” matçında xoşagəlməz hadisə baş verib.

Teleqraf.com xəbər verir ki, oyunun ikinci hissəsində “Fənərbaxça”nın bir qrup azarkeşi tribunaya buraxılmayıb.

Klub prezidenti Ali Koç da azarkeşlərinə dəstək üçün həmin tribunaya yaxınlaşıb. Bu zaman “Göztəpə” azarkeşləri ona su butulkaları atıblar. Klub rəhbəri mühafizəçilərin nəzarəti ilə hadisə yerindən uzaqlaşmaq istəyərkən rəqib komandanın azarkeşlərindən biri onu itələyib və Ali Koç yerə yıxılıb. Baş verənlərə görə oyunda bir müddət fasilə yaranıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər