19 Avqust 00:59
854
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Mançester Yunayted”in və İngiltərə millisinin sabiq müdafiəçisi Fil Cons 32 yaşında karyerasını başa vurub.

Teleqraf.com xəbər verir ki, bu barədə furbolçunun özü məlumat verib.

“Təəssüf ki, bu, istədiyimdən daha tez başa çatdı”, - o, deyib.

Cons A lisenziyası aldığını və özünü məşqçi kimi sınamaq istədiyini bildirib. Fil “Mançester Yunayted”in U18 gənclər komandası ilə işləmək niyyətində olduğunu vurğulayıb.

Qeyd edək ki, Consun karyerasındakı son klubu 2011-2023-cü illərdə forma geyindiyi “Mançester Yunayted” olub. Fill ötən yay klubla müqaviləsi başa çatdıqdan sonra azad agent statusu alıb. “Qırmızı şeytanlar”da forma geyindiyi müddət ərzində o, bütün turnirlərdə 229 matçda iştirak edib, altı qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb. O, İngiltərə millisində də 27 oyuna çıxıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər