19 Avqust 09:26
441
12 Punto 14 Punto 16 Punto 18 Punto

14-18 avqust tarixində Türkiyənin İstanbul şəhərində ilk dəfə olaraq muay-tay üzrə Türk dünyası çempionatı keçirilib.

Teleqraf.com xəbər verir ki, ölkəmiz bu yarışda 15 idmançı ilə təmsil olunub.

Yarışda 11 ölkədən 150 dən çox idmançı iştirak edib. Təntənəli açılış mərasimində bütün Türk dövlətləri öz milli rəqsləri və musiqiləri ilə iştirak edib. Yarış komandamız üçün uğurlu alınıb. İdmançılarımız 4 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıb. 48 kq çəki dərəcəsində Natiq Əliyev, 60 kq-da Xəyal Əliyev, 67 kq-da Məhər Əsədzadə, 86 kq-da Səməndər İsgəndərov qızıl medal qazanıb.

71 kq çəki dərəcəsində yarışdan Məhəbbət Hümbətov gümüş 51 kq-da Şoranov Nihad bürünc medallara layiq görülüb.

Fatimə Hüseynli isə ən yaxşı xanım idmançı seçilib. Gələn il Türkiyədən sonra bu mötəbər yarışın ölkəmizdə keçirilməsi ücün Gənclər və İdman Nazirliyinə müraciət olunacaq. Bu yarış Türk xalqalarının birlik bərabərlik nümunəsidir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər