“Kəpəz” heyətinə yeni futbolçu cəlb edib.
Teleqraf.com xəbər verir ki, bu barədə klub məlumat yayıb.
Məlumata görə, Keverton Resende Markolino Gəncə təmsilçisinin şərəfini qoruyacaq.
23 yaşlı yarımmüdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb. Braziliyalı son olaraq vətənində "Hersilio Luz" klubunda çıxış edib.