28 Avqust 22:35
604
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan təmsilçisi "Qarabağ" Çempionlar Liqasının pley-off mərhələsində cavab oyununa çıxır.

Teleqraf.com xəbər verir ki, Ağdam təmsilçisi Zaqreb "Dinamo"su (Xorvatiya) ilə Tofiq Bəhramov adına Respublika Stadionunda qarşılaşır. Görüş saat 20:45-də başlayıb. Oyunu ingiltərəli tanınmış referi Maykl Oliver idarə edir. Oyunu stadiondan 30 minədək azarkeş izləyir.

Bu komadalar arasında ilk matçda "Dinamo" 3:0 hesabı ilə qalib gəlib.

"Qarabağ" ÇL-in pley-offuna yüksəlməklə artıq Avropa Liqasının liqa mərhələsinə vəsiqəni təmin edib. Bununla da Qurban Qurbanovun komandası ardıcıl 11-ci dəfə avrokubokların əsas mərhələsində iştirakı təmin edib.

Qeyd edək ki, bu, Ağdam klubunun ÇL-in pley-off mərhələsində üçüncü iştirakıdır. 2017/18 mövsümündə komanda qrup mərhələsinə düşə bilib. 2022/23 mövsümündə pley-off mərhələsini adlaya bilməyiblər.

"Qarabağ" Çempionlar Liqasında mərhələni keçmək üçün isə bu gün "Dinamo"ya 4 top fərqi ilə qalib gəlməlidir.

Çempionlar Liqası, pley-off mərhələsi, cavab oyunları

28 avqust

20:45. "Qarabağ" (Azərbaycan) - "Dinamo" (Zaqreb, Xorvatiya) - 0:2 (Birinci hissə)

Qol: Marko Pyaça, 33 (0:1), 54-avtoqol (0:2)

Hakimlər: Maykl Oliver, Stuart Burt, Lee Betts, Kris Kavanaq (İngiltərə)

VAR: Stüart Attvell

İlk oyun - 0:3


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər