Rəqibi qələbə münasibətilə təbrik edirəm. Bizim üçün yaxşı nəticə olmadı.
Teleqraf.com xəbər verir ki, bunu "Omoniya"nın (Kipr) baş məşqçisi Valdas Dambrauskas Bakıda "Zirə"yə uduzduqları (0:1) UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.
"Amma ümumilikdə turnirin qrup mərhələsində mübarizə aparacağıq. Bununla bağlı azarkeşləri, klubu təbrik edirəm. Qarşımıza qoyulan əsas məqsədə çatdıq. Bunun öhdəsindən ilk oyunda gəldik. Bu gün isə ilk hissədə rəqiblər bir-biriniə oynamağa imkan vermədi. Meydanın vəziyyəti də buna təsir etdi", - deyə mütəxəssis bildirib.
Qeyd edək ki, Kiprdə altı cavabsız qolla qalib gələn "Omoniya" turnirin Liqa mərhələsinə vəsiqə qazanıb.