Paris-2024 Yay Paralimpiya Oyunlarında bu gün parataekvondo yarışlarına start verilib.
Teleqraf.com xəbər verir ki, Azərbaycan millisinin heyətində ilk gündə 1 paralimpiyaçı dayanqa çıxıb.
İlk mərhələdən azad olan Sabir Zeynalov 1/4 finalda Mitsuya Tanaka (Yaponiya) ilə üz-üzə gəlib. Gərgin keçən döyüş parataekvondoçumuzun qələbəsi ilə bitib. 6:5 hesabı ilə qalib gələn Zeynalov mərhələ adlayıb. O, yarımfinalda türkiyəli Can Özcanla münasibətinə aydınlıq gətirib. 18:23 hesabı ilə uduzan Sabir bürünc uğrunda yarışıb.
Parataekvondoçumuz tailandlı Tanva Taenxamla döyüşüb və inamlı qələbə qazanıb - 12:3. Bu, yığmamızın Fransa paytaxtında ilk medalı olub.
Qeyd edək ki, parataekvondo millimiz Paralimpiadaya 3 nəfərlə yollanıb