“Qarabağ” yay transfer dövründə daha bir oyunçu alıb.
Teleqraf.com QOL.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisi ukraynalı Aleksey Kaşuku heyətinə cəlb edib.
24 yaşlı yarımmüdafiəçi Ağdam klubuna azad agent kimi keçib. Transferin tezliklə rəsmən elan olunacağı gözlənilir.
Xatırladaq ki, “Şaxtyor”un (Donetsk, Ukrayna) yetirməsi olan Kaşuk 2022/23 mövsümündə “Sabah”da çıxış edib.
Qeyd edək ki, "Qarabağ" bu yay Fabian Buntiç, Musa Qurbanlı, Şahruddin Məhəmmədəliyev, Mateuş Koxalski və Emmanuel Addaini də heyətinə qatıb.