3 Sentyabr 15:10
409
12 Punto 14 Punto 16 Punto 18 Punto

FIFA referisi Elçin Məsiyev növbəti dəfə UEFA-dan təyinat alıb.

Teleqraf.com AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində keçiriləcək Bosniya və Herseqovina – Avstriya qarşılaşmasının baş hakimi olacaq. Referiyə Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək.

Qeyd edək ki, sentyabrın 6-da Sarayevo şəhərindəki “Qrbavitsa” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər