4 Sentyabr 01:43
1 474
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan millisinin Millətlər Liqası çərçivəsində noyabrın 16-da baş tutacaq matçı - Estoniya yığmasına qarşı oyunu harada keçirəcəyi dəqiqləşib.

Teleqraf.com fanat.az-a istinadən xəbər verir ki, sözügedən qarşılaşma noyabrda Bakıda keçiriləcək COP 29 (Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı) səbəbindən Qəbələ şəhər stadionunda reallaşacaq.

Daha öncə bu oyunun Türkiyədə reallaşması müzakirə edilsə də, yekunda Qəbələ variantı daha uyğun hesab edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər