4 Sentyabr 21:06
9 999
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün ölkəmizi UEFA Çempionlar Liqasında ilk dəfə təmsil edən qadın futbolçulardan ibarət “Neftçi” klubu mübarizəyə başlaylb.

Teleqraf.com xəbər verir ki, Siyasət Əsgərovun komandası 1-ci təsnifat mərhələsində Avstriyanın “Sankt-Pölten” klubu ilə qarşılaşıb.

Gürcüstanın Tsxaltubo şəhərində keçirilən oyun rəqib komandanın 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. Reqlamentə əsasən cütün qalibi finala yüksəlib.

Qrupun digər matçında Albaniyanın “Vlajniya” klubu yerli “Lançxuti”yə 3:0 hesabı ilə qalib gəlib. Nəticədə "Neftçi" 3-cülük uğrunda Gürcüstan çempionu ilə mübarizə aparacaq.

UEFA Çempionlar Liqası (qadınlar) - I Təsnifat mərhələsi
4 sentyabr
“Sankt-Pölten” – “Neftçi”
Baş hakim: Yelena Kumer (Xorvatya)
Baş hakimin köməkçiləri: Sanya Rodyak-Karşiç (Xorvatya), Fransesko Di Monte (İtaliya)
Dördüncü hakim: Mariya Marotta (İtaliya)
Tskaltubo Technical Center, Tskaltubo (Gürcüstan). Saat 18:00


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər