10 Fevral 2015 15:11
680
12 Punto 14 Punto 16 Punto 18 Punto

FIFA referisi Əliyar Ağayev və Orxan Məmmədov beynəlxalq oyunlara təyinat alıb.

Teleqraf.com-a AFFA-ya istinadən məlumat verir ki, Ə.Ağayev 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raund mərhələsinin 2-ci qrupunda (Almaniya, Çexiya, Slovakiya, İrlandiya), O.Məmmədov isə 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raund mərhələsinin 4-cü qrupunda (Polşa, Belarus, Şimali İrlandiya, Yunanıstan) keçiriləcək oyunları idarə edəcək.

U-19-ların qarşılaşmaları martın 26-dan 31-dək Almaniyada, U-17-lərin oyunları isə martın 21-dən 26-a qədər Polşada təşkil olunacaq.


Müəllif: