11 Fevral 2015 12:06
805
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda keçiriləcək ilk Avropa Oyunlarının voleybol yarışları üzrə qrupların tərkibinə aydınlıq gəlib.

Qadın voleybolçulardan ibarət yığmamız çətin qrupa düşüb. Komandamız favoritlərdən İtaliya, Türkiyə, Polşa və Belçika ilə mübarizə aparmalı olacaq. Qrupun ən zəifi isə Rumıniya millisi hesab olunur:

A qrupu: Azərbaycan, İtaliya, Türkiyə, Polşa, Belçika, Rumıniya.

B qrupu: Rusiya, Serbiya, Almaniya, Hollandiya, Xorvatiya, Bolqarıstan.

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi isə Serbiya, Polşa, Fransa, Finlandiya və Türkiyə ilə bir qrupda yer alıb:

A qrupu: Azərbaycan, Serbiya, Polşa, Fransa, Finlandiya, Türkiyə.

B qrupu: Rusiya, İtaliya, Bolqarıstan, Almaniya, Belçika, Slovakiya.

Qruplarında ilk 4 pilləni tutan komandalar növbəti mərhələyə vəsiqə qazanacaqlar.

Rüstəm


Müəllif: