15 May 2014 12:07
858
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün İran İslam Respublikasının paytaxtı Tehran şəhərində yunan-Roma güləşi üzrə böyüklər arasında Dünya Kubokunun qrup görüşlərinə start verilir.

ANS PRESS-in məlumatına görə, yarışda Azərbaycanla yanaşı, Rusiya, Koreya, Qazaxstan, Macarıstan, Türkiyə, İran, Finlandiya, Ermənistan və ABŞ güləşçiləri iştirak edir.

Püşkatmanın nəticəsinə əsasən, Azərbaycan güləşçiləri Koreya, Ermənistan, İran və Finlandiya komandaları ilə B qrupunda mübarizə aparır. A qrupunda isə, Rusiya, Macarıstan, Türkiyə, ABŞ və Qazaxstan komandaları qüvvələrini sınayır.

Yarışın proqramına əsasən, mayın 15-də qrup görüşləri keçirilir.

I dövrə - Azərbaycan - İran 0-4
59 kq - Taleh Məmmədov - Həmid Sorian 1:1*
66 kq - Azad Əliyev - Omid Noroozi 6:7
71 kq - Rüstəm Əliyev - Səid Abdevali 0:9
75 kq - Elvin Mürsəliyev - Farşad Əlizadə 1:7
80 kq - Emin Əhmədov - Həbibulla Əxlaqi
85 kq - Şəhriyar Məmmədov - Taleb Nemətpur
98 kq - Araz Həsənov - Mehdi Əliyari
130 kq - Valera Rodriqes - Bəşir Babacanzadə

II dövrə - Ermənistan - Azərbaycan
III dövrə - sərbəst
IV dövrə - Azərbaycan - Koreya
V dövrə - Azərbaycan - Finlandiya


Müəllif: