26 Sentyabr 13:43
964
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Liqasının 1-ci turu çərçivəsində "Tottenhem"lə qarşılaşmaq üçün Londona səfər edən "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanova xüsusi sürpriz edilib.

Teleqraf.com Publika.az-a istinadla xəbər verir ki, Britaniya Azərbaycanlıları Assosiasiyası təcrübəli mütəxəssissə Azərbaycan futbolunun dünyada tanıdılmasında müstəsna xidmətlərinə görə hədiyyə təqdim edib. Təşkilatın sədri Hafiz Baxşəliyev Qurbanova Londonda yaşayan azərbaycanlı rəssam Gülnarə Əbilovanın çəkdiyi rəsmi təqdim edib.

Qeyd edək ki, "Tottenhem" - "Qarabağ" matçı bu gün saat 23:00-da baş tutacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər