27 Sentyabr 12:16
957
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə millinin sabiq oyunçusu Tuncay Şanlı silahlı hücumda ayağından yaralanan "Fənərbağça"nın keçmiş futbolçusu Serhat Akını xəstəxanada ziyarət edib.

Teleqraf.com xəbər verir ki, ziyarətdən sonra sabiq futbolçu jurnalistlərə açıqlama verib.

Onun sözlərinə görə, hazırda Sərhat Akının vəziyyəti yaxşıdır:

"Təbii olaraq əhvalı yoxdur. Sabah əməliyyat olunacağı gözlənilir. Hadisə barədə heç nə bilmirəm. Vəziyyətə görə onun yanında olmaq istədim. O mənim qardaşımdır. Birlikdə çox yaxşı və kədərli anlar yaşamışıq. Vurulduğunu eşidən kimi dərhal xəstəxanaya gəldim. Deyəcək çox şey yoxdur. Həm üzgün, həm də əsəbiyəm. Hazırda vəziyyəti yaxşıdır. Ümid edirəm ki, tezliklə sağalacaq".

Qeyd edək ki, "Fənərbağça" kulubunun keçmiş futbolçusu Serhat Akın dünən axşam efirdən sonra Beykozda silahlı hücuma məruz qalıb.

Hadisəni sosial media hesabındakı paylaşımla açıqlayan Sərhat Akın bu sözləri yazıb: "Proqramdan sonra ayağımdan vurdular. Son sözümüz "Fənərbağça"dır".

Ayağından yaralanan Akın, hadisə yerinə gələn sağlamlıq qrupları tərəfindən ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya aparılıb.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər