AFFA İntizam Komitəsi MOİK klubunun məşqçisi Musa Rəhimovu 5 oyunluq cəzalandırıb.
Teleqraf.com xəbər verir ki, qərar komitənin bugünkü iclasında açıqlanıb.
M.Rəhimov 1-ci liqanın 3-cü turunda “Difai” ilə keçirilən oyunda hakimləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alıb.
Məşqçinin 5 oyunluq cəzasından başqa, MOİK klubu 400 manat cərimə də edilib.